Göyçayda baş verən qəza ilə bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.
Lent.az-ın məlumatına görə, "Qazel" markalı avtomobillə, "Vaz 2106" markalı avtomobilin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 3-ə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.